EN

İran-Rusiya əməkdaşlığı dayandı

İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi dayandırılıb

“Cebhe.info” “Əl-Ərəbiyə”-yə istinadən xəbər verir ki, Moskva və Tehran arasında hərtərəfli əməkdaşlıq haqqında yeni saziş iranlı tərəfdaşların üzləşdiyi problemlər səbəbindən müvəqqəti olaraq dayandırılıb.

Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov qeyd edib ki, bu, iki ölkə rəhbərliyinin strateji qərarıdır:

“İranlı tərəfdaşların üzləşdiyi problemlər səbəbindən bu proses dayandırılıb. Şübhə etmirəm ki, sazişin mətni razılaşdırılacaq və bundan sonra sənədi imzalama vaxtını və yerini iki ölkənin başçıları müəyyən edəcəklər”.

Bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin 2024-cü il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünya xəbər agentliklərinin nümayəndələri ilə görüşdə bildirmişdi ki, 2024-cü ildə İran-Rusiya əlaqələrində ərsəyə gətirəcək hərtərəfli saziş barədə danışıqlar davam edəcək. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
70
1
cebheinfo.az

2Sources