EN

Yağıntı gözlənilir

İyunun 11-dən 12-nə keçən gecə Bakıda və Abşeron yarımadasında şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ölkənin rayonlarında da yağış yağacaq. Dağlıq və dağətəyi rayonlarda intensiv xarakterli olacaq.

 Çaylarda suyun səviyyəsinin artacağı, bunun dağlarda selə səbəb olacağı gözlənilir.

İyunun 12-də paytaxtda havanın temperaturu gündüz 28-32 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gündüz 29-34 dərəcə, dağlarda 15-20 dərəcə isti təşkil edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
103
turan.az

1Sources