EN

Antoniu Quterreş: Humanitar yardımın yarısı Qəzzaya çatmır

Antoniu

Bakı, 11 iyun, AZƏRTAC

Qəzza sektoru üçün nəzərdə tutulan humanitar yardımın yarısı maneələrlə üzləşərək təyinat yerinə çatmır.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş İordaniyada yüksək səviyyəli beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Ehtiyacın həddən artıq çox olmasına baxmayaraq, humanitar yardım missiyalarının ən azı yarısının Qəzzaya çatdırılmasına imkan verilmir, maneələr törədilir və ya təhlükəsizlik səbəbi ilə ləğv edilir”, - deyə A.Quterreş bildirib.

Qeyd edək ki, hazırda İordaniyada Qəzza sektoruna humanitar yardımın üzrə yüksək səviyyəli beynəlxalq konfrans keçirilir. Forum İordaniya Kralı II Abdullah, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi və BMT-nin Baş katibi Antoniu Quterreşin təşəbbüsü ilə təşkil olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
82
1
azertag.az

2Sources