EN

Qəzzadaki blokadasına ABŞ-in humanitar yadımları

Yaxın günlərdə ABŞ rəhbərliyi altında planlaşdırılan humanitar yardım dəhlizi və ya üzən limanın Qəzzaya çatması gözlənilir. Məsələnin arxa fonuna baxsaq görərik ki, oktyabrın 7-dən başlayaraq İsrail Qüvvələrinin Qəzzaya müdaxiləsindən sonra daş üstündə daş qalmasa da əsirləri geri verməməkdə qərarlı olan HƏMAS rəhbərliyi öz xalqını aclıq və səfalətə məhkum edir. Netanyahu isə bütün təzyiqlərə rəğmən Qəzzaya hücumları davam etdirir. Bir çox dövlətlərdən xüsusən də ABŞ-dan gələn xəbərdarlıqları qulaq ardı edən İsrail tərəfi Qəzzanı HƏMAS-dan tamamilə təmizləyənə qədər hücumları davam etdirəcəyini bildirir. Nəticədə isə siyasi qərəzlərin əzabını Qəzzanın və İsrailin günahsız sivil əhalisi çəkir. Yardım tranzitləri ya təhlükəsizlik səbəbilə dayandırılır, ya da uzun müddət gecikdirilir. Belə ki, atəş altında qalma riski BMT və ya ayrı-ayrı ölkələrdən gələn yardımların Rafah, Karni və Karem Şalom qapılarından daxil olmasına mane olur.

Bölgənin dənizdən blokadasına gəldikdəysə 2007-ci ildə HƏMAS Qəzzada hakimiyyəti ələ keçirdikdən sonra İsrail Qəzzaya bütün tranzit yollarını və insan hərəkətlərini əhatə edən dəniz blokadası tətbiq etməyə başlayıb. Üstəlik, Misir də bu prosesi dəstəkləyib və 2009-cu ildən Misir-Qəzza sərhədi boyunca yeraltı tunellər vasitəsilə qaçaqmalçılığa qarşı divarlar inşa edib. Bu blokadanın əsas məqsədi isə HƏMAS-a silah və sursat dəstəyinin qarşısını almaq və qaçaqmalçılığı dayandırmaq kimi görülürdü. Blokadanın uğurlu olmadığını HƏMAS-ın raket hücumları təsdiq edib. Bununla belə insan haqları təşkilatları Qəzzanın açıq hava həbsxanasına çevrildiyini iddia edərək İsraili qınamağa davam edir.

Daha sonraki illərdəysə İsrail Qəzzanın blokadasını yumşaltmağa başladı. Belə ki, 2011-2013-cü illər arasında həm dənizdə, həm də Misir-Qəzza sərhədində blokada yumşaldılıb. Ancaq 2023 ildə şərtlər dəyişir. Yenidən və ən sərt şəkildə həyata keçirilən blokadanın ABŞ-ın təşəbbüsü ilə necə yumşaldılacağı isə hələ də sual altındadır. Digər tərəfdən dəniz blokadası ilə bağlı San Remo Protokolunun qanunvericiliyinə əsasən İsrailin, Qəzzaya silah yardımının dəniz yolu ilə gəlməsinin qarşısını almaq üçün blokada hüququndan istifadə etmək səlahiyyəti var.

ABŞ-nin məsələdəki roluna gəlincə Prezident Bayden öz çıxışında Qəzzanın Aralıq dənizi sahillərinə körpü tikməyi və gəmilərlə qida və dərman təhcizatı təmin etməyi planlaşdırdığını və bunun üçün lazımi hərbi hazırlıqlara başlanıldığını açıqlayıb. Belə ki, martın 11-də ABŞ hərbi gəmiləri körpü tikmək üçün daşıdıqları materiallarla Qəzza zolağına yola düşüb. Martın 8-də Pentaqondan general Patrick Ryder verdiyi açıqlamaya görə göndəriləcək 1000 nəfərlik heyyətin tikintini 2 aya tamamlayacağını bildirilib. Beləliklə ABŞ humanitar yardımları həyata keçirəcəyi təqdirdə hərbi birliklərini münaqişə zonasına yaxınlaşdırmış olacaq. Eyni zamanda bölgədəki istehkam və mühəndislərini qorumaq üçün mühafizə qüvvələrinin gərəkliliyini vurğulayan ABŞ bölgədəki varlığını uzun müddət davam etdirə bilər. Bu barədə bölgədəki İran və İranın dəstəklədiyi HƏMAS, Hizbullah və bu kimi radikal qrupların təşkil edəcəyi təhlükə ABŞ üçün mühüm bəhanədir.

BMT layihəsi olan humanitar yardımların BMT yoluyla təmin edilməsi fikri də dünyanın gündəmindədir. Eyni zamanda Bayden Aİ komissiyası, BƏƏ, Kipr və Böyük Britaniyanın da bu təşəbbüsü dəstəkləyəcəyini açıqlayıb. Türkiyənin məsələ ilə bağlı vəziyyətinə gəlincə, demək olar ki, Türkiyə təkcə İsrail üçün deyil, ABŞ, onun əlaltıları və bəzi region ölkələri üçün də “arzuolunmaz ölkələr” siyahısındadır. Digər tərəfdən regionda ABŞ-la bağlı elə bir fikir var ki, Baydenin sözləri yaxşı səslənsə belə, bu Ramazan nə İsa, nə də Musa üçün xeyirli olmayacaq. Məhəmmədə gəlincə, bundan söhbət belə gedə bilməz. ABŞ-la İsrailin əlaqələrinə gəlincə İsrail üçün çətin və tənha günlərinin sadiq dostu olan ABŞ-ın getdikcə radikallaşan İsrail siyasətinə daha az təsir göstərdiyi anlaşılır. Bu perspektivdən görünən odur ki, ABŞ bölgədə ilk növbədə öz milli maraqlarını qoruyur və dünyanın jandarmı rolunu oynamağa davam edir.

Müəllif: Zərdüşt Quluzadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
sia.az

1Sources