EN

İldırım vurması necə baş verir? - EKOLOQ AÇIQLADI

“Təbiətdə tez-tez rast gəldiyimiz güclü göy gurultusu və şimşəklə müşahidə olunan təbiət hadisəsi, həm də ildırım adlanır. Bu hadisə alimlərin izah etdiyinə görə havadakı su buxarlarının kondensasiya zamanı, yəni, sürətli soyuyaraq su damcıları halına gəlməsi zamanı aşağıdan qalxan hava kütləsinin onun daxilindən sürətlə keçməsi nəticəsində orada su zərrəciklərinin müsbət və mənfi yüklü ionlara parçalanması sonradan həmin mənfi və müsbət yüklü kütlələrin arasındaki qısaqapanma ilə nəticələnən bir təbiət hadisəsidir”. Bu sözləri SİA-ya açıqlamasında Ekoloq, Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar deyib.

Cəmşid Bəxtiyar sözlərinə belə davam edib: “Yəni, bu qısaqapanma mənfi və müsbət yüklü elektrik zərrəcikləri arasında baş verir. Onların arasındakı hava yaranmış gərginliyə tab gətirdiyi sürəcə bu hadisə baş verməyəcək. Elə ki həmin gərginlik həddən çox toplantı, yəni onun mənfi və müsbət yüklər arasındakı hava məsafəsini o gərginlik dəf etdiyi zaman həmin hava təbəqəsi deşilir və mənfi və müsbət yüklü ionlar bir-birinə sürətlə yaxınlaşır, nəticədə güclü işıqla (bizim şimşək dediyimiz həmin o ziqzaqvari işıq parıltısı) müşahidə olunan sonra isə gurultusunu eşitdiyimiz həmin təbiət hadisəsidir.

Bu mənfi və müsbət yüklər müxtəlif buludlar arasında, bir buludun daxilində, və yaxud da ki buludla yer arasında da baş verə bilər. Bu zaman insanların başına gələn ildırımvurma hadisəsi həmin yer və bulud arasındakı qısaqapanma zamanı baş verir. Bu zaman hədəf şiş bir qayanın ucu və yaxud dağ zirvəsi və yaxud hündür bir ağac ola bilər. Ona görə ki, həmin onların çıxıntısı yüksək nöqtəsi buludlardakı yaranmışdır. Həmin əks yüklü zərrəciklərlə daha yaxın məsafədədir və həmin gərginlik ən tez ilk növbədə bu məsafədəki hava təbəqəsini dəf edə biləcək.

Təbiət qoynuna gedən insanlara hətta orta məktəblərdə təbiətşünaslıq dərslərində kiçik yaşlarımızdan bizə öyrədirdilər ki, təbiət qoynuna gedərkən hündür ağaclardan, çay sahilindən uzaqda durmaq, dağ zirvələrindən aşağı enmək və alçaq kolların altında yağışdan gizlənmək lazımdır. Bu zaman insanın yağışdan islanması da bunun ildırım vurmaya hədəf olmasına kömək edir. Bəzən deyirlər ki, insan üzərində əgər metal, bəzək əşyaları, qızıl və ya gümüşdən hər hansı bir başqa metaldan bəzək əşyaları daşıyırsa bu da ildırım vurmaya hədəf olmağa kömək edən amillərdir. Ona görə də bəzək əşyaları ilə təbiət qoynuna getmək o qədər də məsləhət deyil. Bu tövsiyələrə əməl edən insan müəyyən qədər özünü həmin ildırım vurma hadisələrindən sığortalamış ola bilər”.

Ayşən Vəli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
95
sia.az

1Sources