EN

“PAŞA Kapital” müştəriləri 2023-cü ildə “forex”dən gəlirlərinin həcmi açıqlanıb

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin müştəriləri 2023-cü ildə 1 milyon 156 min manat marja ticarətindən (əmtəə, valyutalar və digər törəmə alətləri üzrə) gəlir əldə ediblər.

Banker.az-ın xəbər verir ki, bunu “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Ceyhun Hacıyev keçirdiyi mətbuat konfrasında deyib.

Bu da hazırkı məzənnə ilə 680 min dollarlıq ekvivalentdir.

Bununla belə, o marja hesabında nə qədər mənfəətdə, nə qədər zərərdə olmasına dair dəqiq məlumat verə bilməyib.

“PAŞA Kapital” rəhbəri bildirib ki, hazırda aylıq 1 500 müştəri marja ticarəti ilə məşğuldur və onların 400-ü aktiv istifadəçilərdir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
62
50
banker.az

10Sources