EN

Oğrular mağazanı qarət etdikdən sonra kanalizasiya ilə qaçıblar

Cinayətkarlar Romanın mərkəzindəki “Bulgari” butikini qarət etdikdən sonra kanalizasiya ilə qaçıblar. Oğruların qəniməti 500 min avro olub.

Herbiand.az xəbər verir ki, bu barədə Romanın “Messaggero” qəzeti məlumat verib.

Hadisə bazar günü gecə baş verib və cəmi 11 dəqiqə çəkib. Cinayətkarlar tunel vasitəsilə yerin altından mağazaya giriblər.

Qəzet qeyd edir ki, ilkin hesablamalara görə, yarım milyon avro dəyərində olan ziyan mütləq artacaq. Baş verənlərlə bağlı brenddən heç bir şərh verilməyib.

Polis azı üç nəfərdən ibarət dəstə üzvlərini axtarır.

Messaggero-nun məlumatına görə, polis geniş kanalizasiya tunelləri şəbəkəsi vasitəsilə cinayət yerindən qaçan oğruları qorxutmağa nail olub. Dəstənin mağazaya daxil olmaq üçün GPS-dən istifadə etdiyi güman edilir. Oxşar sensor reyddən bir neçə gün əvvəl butikdə quraşdırıla bilərdi.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
50
herbiand.az

1Sources