EN

Rusiya İranla əməkdaşlıq müqaviləsini dayandırdı

Moskva ilə Tehran arasında hərtərəfli əməkdaşlığa dair yeni saziş iranlı tərəfdaşların üzləşdiyi problemlərə görə dayandırılıb.

Bu barədə İqtisadiyyat.az Rusiyanın dövlət xəbər agentliyi "RİA"ya istinadən xəbər verir.

Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Zamir Kabulov bu qərarın müvəqqəti olduğunu bildirib:

“Bu, iki ölkə rəhbərliyinin strateji qərarıdır. Proses iranlı tərəfdaşlarımızın yaşadıqları problemlərə görə dayanıb”.

Qeyd edək ki, İrandan bu qərarla bağlı hələlik heç bir şərh yoxdur.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources