Qarabağdan çıxan Rusiya sülhməramlıların texnikası Sitalçay dəmiryol stansiyasından yola salınıb.
"AzPolitika" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Qeyd edək ki, bir müddətdir ki, qarşılıqlı razılaşma əsasında Rusiya sülhməramlıları Qarabağda müvəqqəti yerləşdiyi dislokasiya mərkəzlərini tərk etməyə başlayıblar. Kremlin açıqladığı məlumata görə, proses sentyabr ayının sonuna qədər tam başa çatacaq.
"AzPolitika.info"