EN

Rusiya ilə İran bu prosesi dayandırdı: Tehranın başı özünə qarışıb

Moskva ilə Tehran arasında hərtərəfli əməkdaşlıq sazişi üzərində iş prosesi dayandırılıb.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov deyib.

"İranlı tərəfdaşların indi həll olunacaq problemləri var" deyən diplomat hansı çətinliklərdən söhbət getdiyini açıqlamayıb.

Eyni zamanda, o, bu müqavilənin bağlanmasının hər iki ölkə üçün heç vaxt qüvvəsini itirməyən strateji qərar olduğunu diqqətə çatdırıb.

Mayın 19-da İran prezidenti İbrahim Rəisini daşıyan helikopter ölkənin şimal-qərbində sərt eniş edib. Helikopterdə prezidentlə birlikdə İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahyan, Şərqi Azərbaycan vilayətinin başçısı Mələk Rəhməti və Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli Haşim də olub.

Sərnişinlərdən heç biri qəzadan sağ çıxa bilməyib. Rəisi ilə yaşanan faciəyə baxmayaraq, Rusiya İranla sıx əməkdaşlığa sadiqliyini təsdiqləyir və razılaşmaların tam şəkildə həyata keçirilməsini gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
publika.az

1Sources