EN

"Real"ın futbolçusu PSJ və "Mançester Siti"nin təklifini rədd etdi

"Real"ın futbolçusu Rodriqo Avropada bir çox klubun transfer siyahısında yer alır.

Sportal.az xəbər verir ki, braziliyalı PSJ və "Mançester Siti" braziliyalı futbolçunu heyətində görmək istəyir. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Lakin Rodriqonun qərarı qətidir. 23 yaşlı ön xətt oyunçusu Madriddə xoşbəxtdir və klubdan ayrılmağı düşünmür. "Sambaçı" buna görə də gələn təklifləri rədd edib.

Qeyd edək ki, "Real" Rodriqonu 2019-cu ilin yayında "Santos"dan transfer edib. Braziliya millisinin üzvü başa çatan mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 17 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayında başa çatır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
84
sportal.az

1Sources