EN

Alımaniya Ukraynaya daha bir “Patriot” verir - Şolts açıqladı

Almaniya kansleri Olaf Şolts yaxın həftələr və aylar ərzində Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri, o cümlədən bir “Patriot” sistemi, həmçinin raket və sursat tədarük edəcəyini açıqlayıb. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Şolts bunu Berlində keçirilən Ukraynanın bərpasına dair konfransda deyib.

Kansler “güclü və azad Ukraynanın rus imperializmini məğlub edəcəyini” qeyd edib və planlaşdırılan silah tədarükünü açıqlayıb:“Hazırda Ukrayna ordusunun ən mühüm ehtiyacı mərmi, sursatlar və hava hücumundan müdafiə sistemləridir. Ona görə də yaxın həftələrdə və aylarda biz Ukraynaya üçüncü “Patriot” hava hücumundan müdafiə sistemini, “İRİS-T” qurğularını, “Gepard”ları, raketləri və sursatları çatdıracağıq”.

O, konfransda iştirak edən dövlətləri Ukraynanın hava hücumundan müdafiə sisteminin imkanlarını artırmaq üçün Almaniyanın təşəbbüsünü “bacardıqları hər şeylə” dəstəkləməyə çağırıb.

“AzPolitika.info”

Chosen
206
3
azpolitika.info

3Sources