EN

HƏRBİ QULLUQÇULAR ARASINDA BEŞNÖVÇÜLÜK ÜZRƏ YARIŞLAR KEÇİRİLİB

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçular arasında hərbi beşnövçülük üzrə yarışlar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, o cümlədən vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Yarışlarda ümumilikdə 8 komanda olmaqla, 47 hərbi qulluqçu maneələr zolağının dəf edilməsi, avtomatdan atış, qumbaraatma, 8 kilometr məsafəyə kros və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.

Fərdi və komanda birinciliyi uğrunda aparılan yarışlarda əsas məqsəd hərbi qulluqçuların fiziki və psixoloji dözümlülüyünün yoxlanılması, eləcə də güclü komandaların tərkibinin müəyyən edilməsidir.

Yekun nəticələrə əsasən qaliblər mükafatlandırılıb.

R.XUDATQIZI

Chosen
112
5
tezadlar.az

6Sources