EN

Köməyə ehtiyac olan yerdə AZƏRPOÇT ƏNGƏLİ… – “Başıma gələcək hər hansısa bir səbəbdə günahkarın biri…”

"Şikayətim "Azərpoçt” xidmətindəndir! Bu ayın 6-sında (4-cü gün) "Azerpoçt”da (108 saylı) 4 ünvana məktub göndərmişəm. Məni narahat edən şəxslərlə bağlı Polis, Prokrorluğa və ünvanlara məktub göndərmişəm…”

"Kanal14.az"ın Dia-az.İnfo-ya istinadən xəbərinə görə, bunu "Müştəriyəm Şikayətim Var” sosial qrupundakı paylaşımında Ləman Əhmədova adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra yazır: "Narahat edən şəxslər dayanmadığı üçün "Express” xidmətdən (guya daha sürətli) istifadə etmişəm.
Məktublarımın çatması üçün 4-cü gündən bəri gözləyirəm , onlarda 6cı gün də iş günü olmasına baxmayaraq , məktubum bu vaxta kimi çatmayıb!
Zəng edirəm gah məktub hardadı görünmür dedilər, gah dedilər kuryerdədi bu gün mütləq çatacaq.Bu gün gün sonudu, zəng etdim yenə deyir məktub hardadı görünmür kuryerə getməyib…
"Azerpoçt Express” xidmətlə 5 gün keçməsinə baxmayaraq məktubun ünvana çatmaması səbəbindən dayanmadan narahat edilirəm! Mən özümə zərər yetirsəm, başıma gələcək hər hansısa bir səbəbdə günahkarın baş rollarından biri "Azerpoçt” özüdür!

Məktubu nə prokrorluğa , nə polisə , nə ünvana çatdırmır. Əməkdaşlarınız doğru düzgün məktubların harda olduqlarını bilmir! Çoxdan çatmalı olan məktublar yoxdu heç yerdə!..”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
84
kanal14.az

1Sources