EN

Suriyadakı Amerika hərbi bazasına hücum oldu: Ölən və yaralanan var

ABŞ və Qərb koalisiyasının Suriya ilə sərhəddəki Et Tanf qəsəbəsindəki hərbi bazası pilotsuz təyyarələrlə hücuma məruz qalıb.Vətəninfo.az xəbər verir ki , bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ hərbi bazası ən azı iki kamikadze pilotsuz təyyarə ilə vurulub. Şahidlər hərbi bazanın ərazisində güclü partlayışların olduğunu bildiriblər.

Mehr qeyd edir ki, hələlik heç bir qrup hücuma görə məsuliyyəti öz üzərinə götürməyib, lakin İraqda fəaliyyət göstərən müqavimət qrupları İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarına cavab olaraq İraq və Suriyadakı ABŞ hərbi bazalarına çoxsaylı hücumlar həyata keçirib.

Öz növbəsində Fars agentliyi xəbər verir ki, hücuma görə məsuliyyəti “İraqın İslam Müqaviməti” hərəkatı öz üzərinə götürüb. Buraya əvvəllər Suriya ordusu ilə birlikdə İslam Dövləti terrorçularına qarşı vuruşmuş şiə silahlıları daxildir.

Yanvarın 27-də Suriya-İordaniya sərhədinin Ət Tənfi bölgəsində Qərb koalisiyasının hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı əsgər həlak olub, 40-ı yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
90
veteninfo.az

1Sources