EN

Kremldən ikinci nüvə təlimləri ilə bağlı AÇIQLAMA

"Belarusla nüvə təlimləri Avropadakı gərgin vəziyyətə görə keçirilir".

Oxu24.com xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

“Avropa qitəsində kifayət qədər gərgin vəziyyət mövcuddur ki, bu da hər gün Avropa paytaxtlarının və Vaşinqtonun Rusiyaya qarşı düşmənçilik mövqeyində olan yeni qərarları və hərəkətləri ilə təhrik olunur. Təxribat hər gün baş verir. Ona görə də təbii ki, bu cür təlimlər və döyüşə hazırlığı qorumaq bizim üçün çox vacibdir”, - deyə Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi belə hadisələri normal təcrübə adlandırıb. Onun sözlərinə görə, təlimlər silahlı qüvvələrin döyüş hazırlığını lazımi səviyyədə saxlaması üçün lazımdır.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Belarusla birgə qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsinə başlandığını elan edib. Təlim zamanı onlar qeyri-strateji (taktiki) nüvə silahlarından döyüş istifadəsini təcrübədən keçirmək niyyətindədirlər.

Mənbə:TASS.ru

Yeganə
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
119
1
oxu24.com

2Sources