EN

Erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə görə cəzalar müəyyən edilir

Bakı. Trend:

Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlımərasimlərin keçirilməsinə görə cəzalar müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasındamüzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunandəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, ictimai iaşə obyektlərini idarə edənşəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkənevliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər)keçirilməsinə görə fiziki şəxslər min manatdan min beş yüzmanatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd minmanatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan doqquz minmanatadək məbləğdə cərimə edilir.

Bu Məcəllənin 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanıninzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh verməhaqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrartörədilməsinə görə fiziki şəxslər iki min manatdan iki min beş yüzmanatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan altı minmanatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç minmanatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, bu maddədə “erkən evlilik” dedikdə yetkinlikyaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədiləyaradılan ittifaq başa düşülür.

Chosen
116
45
az.trend.az

10Sources