EN

Nikah yaşının bir il azaldılması icazəsi ləğv edilir

Bakı. Trend:

Ailə Məcəlləsində üzrlü səbəblər olduqda nikah yaşının bir yaşazaldılmasını ehtiva edən norma ləğv edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasındamüzakirə edilən Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə özəksini tapıb.

Hazırda Məcəlləyə əsasən, üzürlü səbəblər olduqda, nikaha daxilolmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqlarıərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikahyaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Təklif edilən dəyişikliyə əsasən isə, bu maddə ləğv edilir vənikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazəverilməyəcək.

Layihədə qeyd olunub ki, qanunvericilikdə üzrlü səbəblər olduqdanikah yaşının bir yaş azaldılmasını ehtiva edən normanın mövcudluğuəksər hallarda yetkinlik yaşına çatmayanların hüquq vəazadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir. Üzrlü səbəblərinhansı meyarlara görə müəyyən edildiyi aydın olmadığından bu normaözlüyündə sui-istifadə amili kimi qiymətləndirilir.

Məcəlləyə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaşmüəyyən olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
118
18
az.trend.az

10Sources