EN

Azərbaycanın veteran futbolçusu: Millimiz Qazaxıstanı məğlub edə bilər

Azərbaycanın

Bakı, 11 iyun, AZƏRTAC

“Qazaxıstan millisinin futbolçuları fiziki cəhətdən bizim oyunçulardan üstündür”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Ramiz Məmmədov Azərbaycan millisinin bu gün Macarıstanın Sombatxey şəhərində Qazaxıstan seçməsinə qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq görüşü barədə danışarkən deyib.

O, rəqibin meydana istəkli çıxacağını bildirib: “Avropada oynamaq Asiyadan daha çətindir. Çünki burada güclü komandalar var. Buna baxmayaraq, Qazaxıstan millisi yaxşı kollektiv olduğunu sübut edib. Düşünürəm ki, millimiz bu gün heç-heçəyə nail ola bilər”.

Vaxtilə Qazaxıstanda işləmiş 56 yaşlı mütəxəssisin sözlərinə görə, Azərbaycan millisi qalib gəlmək istəyirsə, iki oyun elementinə xüsusi önəm verməlidir: “Topa daha çox sahib olsaq və uzaq məsafələrdən zərbələrə üstünlük versək, Qazaxıstanı məğlub edə bilərik. Meydanda dominant komanda olmalıyıq”.

R.Məmmədov yığmamızın Albaniyaya 1:3 hesabı ilə uduzduğu yoldaşlıq matçını da şərh edib: “Arif Əsədov bu matçlar üçün çox yaxşı heyət qurub. Millimiz Albaniya ilə oyunun ikinci hissəsindəki kimi çıxış etsəydi, nəticə qazanmaq olardı. Yığmanın heyətində hansısa futbolçunu ayrıca qeyd etmək istəmirəm. Hər biri yaxşı mübarizə apardı”.

Qeyd edək ki, “Haladaş” İdman Kompleksində keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
57
azertag.az

1Sources