EN

Rauf Hacıyev: Azərbaycan 2030-cu ilədək 170 min hektar meşə ərazisini bərpa etməyi hədəf götürüb

Rauf

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan meşə landşaftının bərpasını nəzərdə tutan beynəlxalq Bonn Çağırışına qoşularaq, 2030-cu ilədək 170 min hektar meşə ərazisini bərpa etməyi hədəf götürüb. Hazırda meşə ərazilərinin genişləndirilməsi üçün kütləvi şəkildə meşə əkinləri həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakıda “Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumu”nda çıxış edərkən deyib.

Nazir müavini bildirib ki, hədəf yaxın 2 ildə meşə ilə örtülü sahələrin ölkə ərazisinə nisbətdə 12 faizdən 12,3 faiz çatdırmaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
2
azertag.az

3Sources