EN

Elxan Abdullayev Moldova turnirini dəyərləndirdi

"Xeyli vaxt idi, toplanış, oyunlar keçirmirdik. Fikrimcə, qarşıdakı seçmə mərhələyə hazırlıq üçün turnirin bizə faydası olacaq". Bu sözləri Sport24.az açıqlamasında Moldovada təşkil olunan turnirdə iştirak edən U-19-un baş məşqçisi Elxan Abdullayev deyib.
 
Təcrübəli mütəxəssis komandasının nəticəsindən, futbolçuların hazırlığı və qarşıdakı planlardan da danışıb: "Ümumi götürəndə turniri yaxşı keçirdik. Türkiyə seçməsi onsuz da əvvəlcədən turnirin favoriti idi. Onlar hazırda elit raundda çıxış edirlər və çox güclüdülər. Həmçinin nəzərə alaq ki, onlar U-19 yox, U-20 millisidi. Amma digər rəqiblər "dişimizə" görəydi. Qazaxıstanı məğlub etdik, Moldova ilə heç-heçə etdik və 2-ci olduq. Mənim üçün nəticədən daha çox Moldova yığmasını gücünə bələd olmaq və futbolçularımın nəyə qadir olduğunu görmək idi. Belə ki, noyabrda seçmə mərhələ çərçivəsində bizi onlarla matç gözləyir. Yetirmələrimə gəlincə, təbii ki, çatışmazlıqlar, nöqsanlar çoxdu. Nəzərə alaq ki, bu futbolçular sonuncu dəfə U-18 heyətində oyunlara çıxıblar, ondan sonra uzun fasilə yarandığından bir yerdə oyun praktikaları yox idi. Türkiyəyə 5 cavabsız qolla məğlub olduq. Görüşdə 2 avtoqol və bir penalti qeydə alındı. Zəif cəhətlərimizi gördük. Hesab edirəm ki, belə turnirlərdə nə qədər çox iştiirak etsək bir o qədər fayda götürərik".
 
19 yaşadək futbolçulardan ibarət millinin çalışdırıcısı növbəti toplanışın vaxtını da açıqlayıb: "Komanda növbəti dəfə avqustda bir araya gələcək. Noyabrda start götürəcək seçmə mərhələyə maksimum hazır olmağa çalışacağıq". ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
105
sport24.az

1Sources