EN

Sərnişin avtobusu aşıb, yaralılar var

Türkiyənin Kastamonu şəhərində sərnişin avtobusu aşması nəticəsində 10 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbula gedən avtobus sürücünün sükanı itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Hadisə yerinə təcili yardım, xilasedicilər, polis və jandarma qrupları cəlb edilib.

Yaralılar İlgaz Dövlət Xəstəxanasına və Çankırı Dövlət Xəstəxanasına aparılıb.

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
47
e-huquq.az

1Sources