EN

Çin düşmən gəmilərinə hücum edəcək nəhəng stingray dronları HAZIRLAYIR – FOTO

Çin düşmən gəmilərinə hücum edəcək nəhəng stingray dronları hazırlayacaq.

interpress.az xəbər verir ki, bu barədə Çinin dövlət CCTV telekanalı məlumat yayıb.

Məlumata görə, hərbçilər əvvəllər mərcanların monitorinqi üçün istifadə edilən sualtı dronları kəşfiyyat və döyüş əməliyyatlarında istifadə etmək üçün təkmilləşdirməyi planlaşdırır.

Çin alimləri 2006-cı ildən bəri real heyvanlara bənzəyən və oxşar şəkildə hərəkət edən yumşaq bədənli stingray dronları hazırlayırlar.

Onlar kameralar, sonar və naviqasiya sistemləri ilə təchiz olunub.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
81
interpress.az

1Sources