Ötən gecə Türkiyədə, Malatyanın Yeşilyurt rayonunda 3,6 bal gücündə zəlzələ baş verib. Yerin 7 kilometr dərinliyində baş verən zəlzələ ER TV kameralarına əks olunub.
BAKU.WS xəbər verir ki, canlı yayımda olan proqramçı Fatih Avcı o anları sakit qarşılayıb.
"Əziz izləyicilər, zəlzələ olur. Canlı yayımda yenə çox ciddi bir zəlzələ yaşadıq", - deyə aparıcı bildirib.
Baş verən xırda təkanla şəhərdə heç bir mənfi hal qeydə alınmasa da panikaya səbəb olub. Bəzi insanlar çaxnaşma içində özünü küçələrə atıb.