EN

"Çelsi" yeni hücumçu ilə müqavilə imzalayır

Premyer Liqa təmsilçilərindən "Kristal Palas"ın yarımmüdafiəçisi Maykl Olise İngiltərənin başqa komandasına keçə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "Givemesport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Londonun “Çelsi” klubu futbolçu ilə danışıqlar aparıb. Tərəflər arasında razılıq əldə olunub.

Qeyd edək ki, Olisenin transfer qiyməti 55 milyon avro olaraq qiymətləndirilir.

İngiltərə Premyer Liqasının son mövsümündə Maykl 19 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. 22 yaşlı fransızın "Kristal Palas"la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
apasport.az

1Sources