EN

İranın  "Zəngəzur dəhlizi" tərsliyi ermənilərin "qırışığı"nı açdı: Voskanyanın "artsax" ümidi

Xəbər verdiyimiz kimi, ötən gün İran xarici işlər nazirinin vəzifəsini müvəqqəti icra edən Əli Bagiri Kaninin “CNN Türk” telekanalına müsahibəsi oldu. Onun Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandırarkən dediyi fikirlər ermənilərin qırışığını açıb, "mübarizəyə" həvəsləndirib.

Adalet.az xəbər verir ki, erməni ekspert, İranşünas alim , separatçı professor Vardan Voskanyan öz sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib. İranın sərt mövqeyindən həvəslənən türk düşməni professor yazır: "İranın sərt mövqeləri göstərir ki, Ermənistan və İranın regiondakı maraqları bir çox məqamlarda üst-üstə düşür və Ermənistan-İran ittifaqı son dərəcə təsirli ola bilər.

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani “CNN Türk” mediasına verdiyi müsahibədə İranın rəsmi mövqelərində çox diqqətəlayiq bir yeni vurğu tətbiq edib.İranın yüksək rütbəli rəsmisi “Zəngəzur dəhlizi” adlandırılan layihə ilə bağlı sualı cavablandırarkən bildirib ki, İran regionun demoqrafik göstəricilərini və sərhədlərini dəyişdirəcək hər hansı proqram və ya təşəbbüsün əleyhinədir".


Əvvəldən separatizmə dayaq olan İranın bu hərəkətini qiymətləndirən Voskanyan bu dəfə separatizmin "inkişaf"ına ümid edərək yazır:"İran tərəfi ilk dəfə olaraq iki mühüm nüansa malik olan demoqrafiyadan danışıb: Artsaxın əhalisinin boşaldılmasının əleyhinə olmasını və saxta konsepsiya çərçivəsində Ermənistanın etnik azərbaycanlıların yaşadığı rayonlarda “Qərbi Azərbaycan” adlanan layihəni gerçəkləşməsini bəyənmədiyini bildirməsi diqqətəlayiqdir. İranın bu cür sərt mövqeləri göstərir ki, Ermənistan və İranın regiondakı maraqları bir çox məqamlarda üst-üstə düşür və Ermənistan-İran sivilizasiya ittifaqı son dərəcə təsirli ola bilər”, - o yazıb.
Qeyd edək ki, Əli Bagiri Kani açıqlamasında İran tərəfinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarı olduğunu , lakin regional sərhədlərin dəyişdirilməsini qəbul etmədiyini söyləmişdir.

 Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
adalet.az

1Sources