Təyyarə qəzası nəticəsində Malavinin vitse-prezidenti Saulos Çilima həlak olub.BUTA.TV xəbər verir ki, bu barədə adıçəkilən Afrika ölkəsinin hökuməti məlumat yayıb. Xatırladaq ki, dünən vitse-prezident və daha 9 nəfərin olduğu təyyarənin radardan itdiyi barədə xəbərlər yayılmışdı. Bundan dərhal sonra axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Axtarış nəticəsində məlum olub ki, təyyarə qəzaya uğrayıb və göyərtəsində olanlardan heç biri sağ qalmayıb.