EN

Rusiyalıların xaricdə 7,5 trilyon rubl əmanəti var

Yazını böyüt
Yazını kiçilt

Rusiya Mərkəzi Bankının iyunun 7-də açıqladığı statistikaya əsasən, bu il mayın 1-nə Rusiya vətəndaşlarının xarici banklardakı əmanətlərində toplanan pullar 7,5 trilyon rublu ötüb. Bugünkü məzənnə ilə bu pul 83,6 milyard dollara uyğun gəlir.

Hafta.az-ın “Vedomosti”yə istinadən yazdığına görə, bu, 2018-ci ilə aid bütün müşahidələr tarixində ən yüksək göstəricidir.

Bu ilin aprel ayından mayın əvvəlinə qədər Rusiya vətəndaşlarının xarici banklardakı əmanətlərinin məbləği 11 faiz və ya 116 milyard rubl artıb.

Digər tərəfdən, apreldən may ayına qədər olan dövrdə rusların əlindəki ümumi nağd pulun miqdarı dəyişməyib. Mayın 1-nə olan məlumata görə, rusların əlində 24,7 trilyon rubl (275 milyard dollar) olub.

Vətəndaşların xarici valyutada saxladıqları nağd pulun həcmi bir qədər azalıb: 8,99 trilyon rubldan 8,89 trilyon rubla enib. Rublda nağd pul isə, əksinə, artıb: 15,73 trilyondan 15,83 trilyona yüksəlib.

İlin əvvəlindən yerli banklarda xarici valyutada olan əmanətlərin həcmi 4 trilyon rubl (52,4 milyard dollar) səviyyəsində qalıb.

Chosen
60
hafta.az

1Sources