EN

“Azərbaycan kimi gənc və kiçik dövlətin Fransa kimi nəhəngə qarşı bu addımı qürurvericidir”

Xəbər verdiyimiz kimi, iyunun 13-də Yeni Kaledoniyada informasiya blokadasını yarmaq və adada baş verənləri yerli rəsmilərin dilindən eşitmək üçün Bakı Təşəbbüs Qrupu hibrid mətbuat konfransı keçirəcək. Konfransda Afrikanın müxtəlif ölkələrindən bir qrup jurnalist, tanınmış bloqerlər və vətəndaş cəmiyyəti fəalları iştirak edəcək.

 

Moderator.az-a açıqlama verən Elçin Şıxlı Azərbaycanın bu addımının mühüm əhəmiyyətə malik olduğunu bildirib:

 

“Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil ediləcək hibrit mətbuat konfransı bir ilkdir və yəqin ki, konfransdan sonra bunun əhəmiyyəti ilə bağlı daha aydın fikir bildirmək mümkün olacaq. Lakin burası məlumdurr ki, Azərbaycanın belə bir konfrans keçirməyə haqqı var. Çünki Fransanın neokolonializm siyasəti yürütdüyü, bu siysətin bir sıra azsaylı xalqların həyatına ciddi məhrumiyyətlər gətirdiyi şübhəsizdir.

 

Azərbaycan kimi gənc və kiçik dövlətin Fransa kimi nəhəngə qarşı bu addımı qürurvericidir. Nə gözəl ki, belə bir təşəbbüs məhz Azərbaycana məxsusdur və bu ifşa siaysətini məhz ölkəmiz həyata keçirir”.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
moderator.az

1Sources