EN

FTX yüksək vəzifəli məmurları saxladı - VİDEO

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Qaraçay-Çərkəz Respublikasında büdcə vəsaitlərinin mənimsənilməsi işi ilə bağlı bir qrup yüksək vəzifəli məmuru və hüquq-mühafizə orqanları əməkdaşlarını saxlayıblar.

Bu barədə Rusiya FTX-sinin İctimai Əlaqələr Mərkəzi məlumat verib.

"Qaraçay-Çərkəz Respublikasında büdcə vəsaitlərinin xüsusilə külli miqdarda mənimsənilməsi ilə məşğul olan, yüksək vəzifəli hakimiyyət nümayəndələri və hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət təşkil olunmuş qrupun üzvləri saxlanılıb.

Keçirilən genişmiqyaslı əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində şübhəlilərin "Kənd Təsərrüfatının İnkişafı" dövlət proqramı çərçivəsində hədəfli subsidiyaların mənimsənilməsində iştirak etdiyi müəyyən edilib. Ümumi zərərin təxminən 60 milyon rubl olduğu müəyyən edilib",-deyə məlumatda qeyd olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
1
baku.ws

2Sources