EN

Kiberdələduzlar banklardakı əmanətləri də oğurlaya bilirlər?

Dələduzlar kibertəhdidlər yaradaraq vətəndaşların bank kartlarında olan vəsaitləri mənimsəyirlər. Buna görə də, insanlar pullarını kartda saxlamaqdan daha çox banklara əmanət şəkilində qoymağı seçirlər. Bu zaman da ortaya başqa bir nüans çıxır. Bank kartlarımızıdan pulların oğurlandığı kimi bankdakı əmanətlərimiz də kibertəhlükəsizlik qurbanı ola bilərmi?

Valyuta.az-a danışan informasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyev deyir ki, müştərilərin onlayn formada yerləşdirdiyi əmanətləri kibertəhlükəsizlik qurbanı ola bilər:

“Hazırda geniş yayılmış və banklar tərəfindən tez-tez təklif olunan funksionallıq var ki, vətəndaşlar banka gəlmədən öz vəsaitlərini onlayn əmanətlər şəklində yerləşdirə bilirlər. Onların əmanətləri bank tətbiqlərində görünür. Biz onlayn əmanətlərin kiberdələduzlar tərəfindən ələ keçirilməsinin şahidi oluruq. Bu da onu göstərir ki, artıq kiberdələduzlar da bu sahədə daha da irəli gedərək nəinki bank kartları hətta, rəqəmsal əmanətləri də oğurlaya bilirlər”.

Mütəxəssis deyir ki, rəqəmsal əmanət yerləşdirilməsi və ya klassik qaydada əmanətlərin yerləşdirilməsində məsuliyyətə görə vəziyyət dəyişir:

“Məsələn, rəqəmsal əmanətlərdə mobil tətbiqlərdə həmin əmanətlər görünür və həmin əmanəti idarə etmək olur. Bu da əmanətçi üzərinə böyük bir risk qoyur ki, əgər mobil tətbiq kənar əllərə düşmüş olarsa, həmin o rəqəmsal əmanət də kibertalama yolu ilə ələ keçirilə bilər. Amma klassik qaydada olan əmanətlərin saxlanılmasına görə məsuliyyət bankın üzərində olur. Hətta, kibertəhdid olarsa, insident yaşanarsa belə, əmanət sahibi məsuliyyət daşımır. Bu baxımdan klassik qaydada yerləşdirilmiş əmanətlərin faydası var”.

Mütəxəssis kibertalamalardan zərərçəkənlərin bu problemi həll edə bilmədiklərini bildirdi:

“Bir neçə zərərçəkmişlə söhbətdən sonra əminliklə deyə bilərəm ki, baş verən kiberinsidentlərin bəzən səbəbini araşdırma çox çətin məsələyə çevirilir. Vətəndaş banka müraciət edən zaman bank hansısa təminat proqramlarının yükləndiyini deyərək məsuliyyəti boyunlarından atırlar. Hüquq mühafizə orqanları çox da yardımçı olar bilmir. Çünki, burada məsələnin texniki akspektləri var. Digər qurumlara müraciət olunan zaman da bəzən şablon cavablar alara bilirik. Müəyyən sayda zərərçəkmişlər olub ki, kibertalamaya məruz qalmalarına baxmayaraq heç bir qurum və müştərisi olduğu banklar belə onun necə, hansı formada kibertəhlükəsizliyin qurbanı olduğu haqqında məlumat verilmir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
47
valyuta.az

1Sources