EN

Deputat: "Pensiya ilə bağlı məsələlər heç bir təcrübəsi olmayan və sahəyə rəhbərlik edən şəxslərin iradəsi ilə gerçəkləşməməlidir"

“Pensiya ilə bağlı keçirilən islahat müəyyən dərəcədə uğurlu islahat kimi təqdim olunsa da, vətəndaşı qane etməyən bir çox məsələlər var. Bunlar hələ də öz həllini tapmır. Vətəndaş 20-25 il işləyir, pul yığır, vəfat edir. Onun pensiya kapitalı kimi bu illər ərzində yığılan vəsait isə varislərinə yönəldilmir, başqa şəxslərə yönəldilir. Bu, kifayət qədər ədalətsiz bir sistemdir və üzərində düşünülməlidir. Vəfat edən şəxsin vərəsələri varsa, məsələ həllini tapmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin komitə sədri Fazil Mustafa deyib. 

 

Deputat bildirib ki, qadınlar üçün pensiya yaşı aşağı salınmalıdır: “Qadınların həm də başqa çətinlikləri var. Uşaq böyütməkdən tutmuş müəyyən fiziki imkanlarına kimi. Qadınlar çox yaşlılıq dönəminə qədər çalışma imkanına malik deyillər. Buna görə də qadınların pensiya yaşı azaldılmalıdır. Pensiya ilə bağlı məsələlər bürokratik, heç bir təcrübəsi olmayan və sahəyə rəhbərlik edən şəxslərin iradəsi ilə gerçəkləşməməlidir, cəmiyyətdə geniş müzakirə olunmalıdır. Çünki bu, insan haqlarına da uyğun deyil, ziddir. Sən çalışıb kapital yığırsan, burada sığorta kimi kifayət qədər vəsaitin toplanır. Sonra isə həmin vəsaitdən nə özün istifadə edə bilirsən, nə də səndən sonra yaxınların istifadə edə bilmir. Bu, olduqca narahatedici məsələlərdən biridir. Hesab edirəm, pensiya ilə bağlı məsələlər daha ciddi müzakirə olunmalı, optimal yol tapılmalıdır”. 

 

Aytəkin Qardaşova 

Tarix: 11 İyun 2024, 11:33   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
73
pravda.az

1Sources