EN

Bu il Azərbaycana ən çox uçuşlar Rusiyadan olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-may aylarında Azərbaycana xaricdən 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22.5% daha çox (9 818) aviareys təşkil olunub.

-webkit-font-smoothing: antialiased" target="_blank">Banco.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, 5 ay ərzində ölkəyə ən çox reys Rusiya (2 928) istiqamətindən olub.

İkinci yerdə Türkiyə (2 083), üçüncü yerdə isə 1 231 reyslə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.

Xatırladaq ki, ötən ilin eyni dövründə Rusiyadan Azərbaycana reyslərin sayı 2 622, Türkiyədən 1 889, Birləşmiş Ərəb Əmirliklərindən isə 888 olub.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
36
banco.az

1Sources