EN

Oriol Romeu: “Hazırda özümü harada gördüyümü bilmirəm”

“Barselona”nın yarımmüdafiəçisi Oriol Romeu yaxın gələcəkdə karyerasını bitirmək fikrində olmadığını bəyan edib.

Arena.az xəbər verir ki, eyni zamanda o, yeni mövsümdə hansı klubda oynamağa davam edəcəyini bilmədiyini də bildirib.

Romeunun bu barədə fikirlərini təqdim edirik: “Mən özümü harada gördüyümü bilmirəm. Bildiyim odur ki, 27 yaşımda 32 və ya 33 yaşında təqaüdə çıxacağımı düşünürdüm. Hazırda isə mənə çox kömək edən bir gün nizamı tapmışam və daha uzun sürəcəyimə ümidvaram”, deyə Romeu vurğulayıb.

Xatırladaq ki, Oriol Romeu “Barselona”nın yetirməsidir. O, karyerasının ilk illərində məhz Kataloniya klubunun əsas komandasında bir neçə oyuna çıxsa da, “Çelsi”yə satılıb. Təcrübəli futbolçu sonralar “Valensiya”, “Ştutqart”, “Sauthempton” və “Jirona”da da oynayıb. 2023-cü ilin yayında “Barselona” “Jirona”ya 3,4 milyon avro ödəməklə Romeunu yenidən heyətinə qatıb. Hazırda 32 yaşı olan yarımmüdafiəçinin Kataloniya klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var.

Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Romeu artıq geridə qalmış 2023/2024 mövsümündə “Barselona”nın heyətində 37 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bu klubdakı karyerası bötövlükdə 39 oyun və 1 assistdən ibarətdir.

Romeu İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib. Lakin o, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 32 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, Oriol Romeunun bu yay “Barselona”nı başqa bir kluba dəyişəcəyi barədə xəbərlər dolaşmaqdadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
108
arena.az

1Sources