EN

BDU əməkdaşları THE-nin “Qlobal Davamlı İnkişaf Konqresi”ndə iştirak edirlər - FOTO

Tailandın paytaxtı Banqkok şəhərində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri hesab olunan “Times Higher Education” (THE) agentliyinin təşkilatçılığı ilə “Qlobal Davamlı İnkişaf Konqresi” keçirilir.
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları - rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Protokol sektorunun müdiri Cahan Qənizadə Konqresdə BDU-nu təmsil edirlər.
 
Nüfuzlu ali təhsil müəssisələrinin iştirak etdiyi Konqresdə Bakı Dövlət Universiteti Azərbaycan pavilyonunda təmsil olunur. Məlumat üçün bildirək ki, 3 gün davam edəcək Konqresdə 3000-dən çox nümayəndənin və 350-dən artıq məruzəçinin iştirak etməsi planlaşdırılır.
 
Konqresdə nümayəndələr üçün eksklüziv olaraq canlı sual-cavab sessiyasının müşayiəti ilə universitetləri Dayanıqlı İnkişaf Məqsədləri üzrə qiymətləndirən yeganə qlobal reytinq cədvəli “THE Impact Rankings 2024”ün nəticələri də təqdim olunacaq.
Chosen
184
3
moderator.az

4Sources