EN

“Görüm Adil Kərimli mahnı oxuyacaq?”

“Özbəkistan və Azərbaycan arasında mədəniyyətlərarası əlaqələr zəngin ənənələrə malikdir və intensiv inkişaf edir. Bir müddət bizim mədəni əlaqələrimizdə boşluq var idi”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov deyib.

Bu iki xalqın ruhunda sərhədin olmadığını bildirən nazir qeyd edib ki, Özbəkistanda heç bir bayram şənliyi, toy mərasimləri Azərbaycan mahnıları olmadan keçirilmir. O, nümunə üçün “Bəri bax” mahnısının adını da çəkib.

Bundan öncə Azərbaycanda təşkil olunan Özbəkistan Mədəniyyəti Günlərindən bəhs edən Nazarbekov, Bakıda Xalq artisti Gülyanaq Məmmədova ilə oxuduğu dueti də xatırlayıb. O bu məqamda zarafatca azərbaycanlı həmkarına səslənib: “Mən Bakıda mahnı oxumuşdum. Görüm indi Adil Kərimli mahnı oxuyacaq?”

Qeyd edək ki, hazırda Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

Emin Səfərov, Daşkənd

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
89
qafqazinfo.az

1Sources