EN

Duz istehlakı ekzemanı şiddətləndirir

Yazını böyüt
Yazını kiçilt

Alimlər aşkar ediblər ki, həddindən artıq duz istehlakı böyüklərdə ekzemanı artıra bilər.

Hafta.az-ın “Medicalxpress”ə istinadən yazdığına görə, biobankdan 30 ilə 70 yaş arasında olan 215832 yetkinin məlumatları araşdırılıb. Bu insanların 10839-na artıq ekzema diaqnozu qoyulmuşdu. Məlumatlara sağlamlıq qeydləri və sidik nümunələri daxildir.

İyunun 5-də nəzərdən keçirilən “JAMA Dermatology” jurnalında dərc edilən araşdırma, natriumun dəridə saxlandığına və bədəndə iltihaba səbəb ola biləcəyinə diqqət çəkib. Atopik dermatit olaraq da bilinən ekzema, dəridə qaşınma, qızartı və səpki ilə xarakterizə olunan bir xəstəlikdir.

Araşdırma nəticəsində məlum olub ki, gündəlik duz istehlakında 1 qram artım ekzema diaqnozu qoyulma ehtimalını 11 faiz artırıb.

Duz istehlakında 1 qram artımın ekzemanın şiddətini yüzdə 16 artırdığı da məlum olub.

Digər tərəfdən, araşdırmanın aparıcı müəllifi Katrina Abubara, yüksək miqdarda duz istehlakının birbaşa ekzemaya səbəb olduğunu söyləmək mümkün olmadığına diqqət çəkib.

"Düşünmürəm ki, bütün ekzema halları duz istehlakı ilə bağlıdır. Məncə, bu, yəqin ki, bəzi insanlar üçün tetikleyici faktorlar arasındadır", - alim deyib.

Tədqiqatçı, "Natrium qəbulunun azaldılmasının ekzemanın şiddətini azaldacağını hələ bilmirik. Xüsusi bir pəhriz tövsiyə etməzdən əvvəl daha çox araşdırma aparmalıyıq" deyib.

Abubara ABŞ-da xüsusilə fast food sənayesində məhsullarda həddindən artıq duz istifadə edildiyinə də diqqət çəkib. Ölkədə 31 milyon insan ekzemadan əziyyət çəkir. Alimin fikrincə, ekzema gələcəkdə ABŞ-da hər 10 nəfərdən 1-də müşahidə oluna bilər.

Amerikalı dermatoloq Saranya Uils, araşdırmanın duz istehlakı ilə ekzema arasındakı əlaqənin araşdırılması istiqamətində əhəmiyyətli bir addım olduğunu ifadə edərək, "Potensial bir fərziyyəni sınaqdan keçirdiyini söyləyə bilərik, lakin nəticələr qəti deyil" deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
hafta.az

1Sources