Fransa prezidenti Emmanuel Makron partiyasının Avropa Parlamenti seçkilərində sarsıdıcı məğlubiyyəti fonunda ölkə Milli Assambleyasını buraxmaq və növbədənkənar seçkilər keçirmək qərarına gəlib.
Trend -in məlumatına görə, bunu Fransa prezidenti televiziya ilə xalqa müraciəti zamanı deyib.
"Mən növbədənkənar parlament seçkilərini təyin edirəm. Birinci tur iyunun 30-da, ikinci tur isə iyulun 7-də keçiriləcək", - Makron bildirib.
Necə deyərlər: Oyunçu aparsın!