EN

Təkrar sertifikatlaşdırmanın nəticələrinə dair müraciətlərə baxılması məqsədilə komissiya yaradılıb

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təkrarsertifikatlaşdırmanın nəticələrinə dair müraciətlərə baxılmasıməqsədilə komissiya yaradılıb.

İdarədən Trend-ə verilən xəbərə görə, Komissiyanın fəaliyyətitəkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayantəhsilverənlərlə işin təşkili, onların sosial statuslarınınmərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilətəmin olunmalarının araşdırılmasından ibarətdir.

Qeyd olunan komissiyaya müraciət etmək üçün vətəndaşlar iyulayının 30-na kimi BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməkləqeydiyyatdan keçə bilərlər.

Əlavə olaraq qeyd edirik ki, təkrar sertifikatlaşdırma prosesiilə bağlı apellyasiya müraciətlərinin qəbulu 10–13 iyuntarixlərində aparılacaq. Müəllimlər müraciətlərini portal.edu.azplatformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqlaünvanlaya bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
20
az.trend.az

10Sources