EN

Şuşa Bəyannaməsinin üç ili tamam olur- ÖZƏL

"15 iyun tarixində Şuşa Bəyannaməsinin imzalanmasının üç ili tamam olur. 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi iki ölkənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsi oldu". "Olaylar" xəbər verir ki, bunu YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev deyib: "Şuşadan birliyimiz, həmrəyliyimiz dünyaya çatdırıldı. İki ölkə arasında tarixin sınaqlarından keçmiş ortaq strateji maraqlara söykənən hərbi-siyasi və təhlükəsizlik məsələsi Şuşa Bəyannaməsində əksini tapdı. Türkiyə-Azərbaycan dostluğu, birliyi türk dünyasının mənəvi bütövlüyü üçün də mühümdür. Azərbaycanın və Türkiyənin təşəbbüsləri və iştirakları ilə həyata keçirilən layihələr, qarşılıqlı münasibətlərin bugünkü səviyyəyə çatdırılması digər qardaş xalqların da türk dünyasının gələcəyinə böyük ümidlərlə baxmasına zəmin yaradır. Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Böyük inamla qeyd edirik ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
135
olaylar.az

1Sources