EN

Daxili siyasətBahar Muradova: Xaricdə çətin vəziyyətdə olan azərbaycanlı qadınların və uşaqların ölkəyə gətirilməsi diqqətdə saxlanılır

Xarici ölkələrdəki çətin vəziyyətdə olan azərbaycanlı qadınların və uşaqların Azərbaycana gətirilməsi həmişə diqqətdə saxlanılır.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün keçirilən Azərbaycan Hökumətinin BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasındakı dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edən Yekun Müşahidələrin müzakirəsində deyib.

O bildirib ki, Azərbaycanda uşaq hüquqları, erkən nikahlar, selektiv abortlar məsələləri ilə bağlı son zamanlar ciddi layihələr icra olunur:

"Yaşı 18-dən aşağı şəxslərin nikahına icazə verilməməsi barədə artıq qərar qəbul edilib. Verilən tövsiyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi həyata keçirilir. Ona görə də, daha bir neçə qanunda dəyişikliklər nəzərdə tutulur".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
50
1
far.az

2Sources