EN

Yay tətili üçün gedə biləcəyiniz ölkələr

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yay səyahət etmək, əylənmək və yetərincə istirahət etmək üçün əla fürsət deməkdir. İstər ölkədaxili, istərsə də xaricdə olmasından asılı olmayaraq hər kəsin arzusunda olduğu bir tətil planı var. Bu yay unudulmaz bir tətil keçirmək istəyirsinizsə, lakin hələ də hara gedəcəyinizə qərar verməmisinizsə, bu məqaləni oxuya bilərsiniz:

Monteneqro/Kotor körfəzi

Monteneqro yayda ziyarət etmək üçün ən yaxşı seçimlərdən biridir. Möhtəşəm təbiəti və rahat nəqliyyat bu ölkəni ən yaxşı tətil üçün seçimlərdən biri edir. Budva, Kotor körfəzi, Tivat, Lovçen, Podqoritsa və Bar Monteneqronun əsas turizm mərkəzlərindəndir. Kotor körfəzi isə xüsusilə yay tətili üçün ən yaxşı seçimdir. Adriatik dənizinin ən gözəl körfəzlərindən biri olan Kotor körfəzi Venesiya üslublu memarlığı, möhtəşəm mənzərəsi, mehriban insanları və ləzzətli mətbəxi ilə turistlərə əvəzolunmaz istirahət fürsəti təqdim edir.

İtaliya/Siciliya

İtaliya həmişə yayda ziyarət ediləcək ölkələr siyahısında birincilərdən olub. İtalyan mətbəxinin ləzzətlərini dadmaq və gözəl dənizkənarında istirahət etmək istəyənlər üçün Siciliya yayda ilk ağla gələn yerlərdən biridir. Siciliyada bir turist kimi görmək istəyə biləcəyiniz parklar, məbədlər, muzeylər və müxtəlif təbii gözəlliklər tapa bilərsiniz.

Misir/Şarm əl-Şeyx

Misir də yayda ziyarət edilən ölkələr arasında üstünlük verilən yerlərdən biridir. Xüsusilə Şarm əl-Şeyx unudulmaz yay tətili üçün ən uyğun yerlərdəndir. Bənzərsiz sualtı dünyası və geniş səhraları ilə Şarm Əl-Şeyx fərqli təcrübə yaşamaq istəyənlər üçün idealdır.

Albaniya/Ksamil

Albaniya da yay tətili üçün ən yaxşı seçimlər sırasındadır. Albaniyanın məşhur çimərlikləri arasında ən uzunu olan Dermi bu yay dənizdən və günəşdən həzz ala biləcəyiniz yerlərdən biridir. Dermidən başqa, Lukova, Borş, Saranda və Ksamil kimi digər Alban çimərliklərini də seçə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
91
banco.az

1Sources