EN

UNICEF-in nümayəndəsi: Uşaqların hüquqlarının müdafiəsi istiqamətində Azərbaycanda kifayət qədər müsbət işlər görülür

UNICEF-in

Bakı, 11 iyun, AZƏRTAC

Uşaqların hüquqlarının müdafiəsi istiqamətində Azərbaycanda kifayət qədər müsbət işlər görülür. Ölkənizdə xüsusi qayğıya ehtiyacı olan, həmçinin əlil uşaqların diqqət və qayğı ilə əhatə olunması təqdirəlayiqdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullah BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edlən yekun müşahidələrin müzakirəsi ilə bağlı iyunun 11-də keçirilən tədbirdə səsləndirib.

O bildirib ki, cari ilin noyabrında BMT-nin Uşaq Hüquqları Konvensiyasının 35 illiyi qeyd olunacaq. Bu il, həmçinin Azərbaycan COP29-a ev sahibliyi edəcək.

UNICEF-in nümayəndəsi bu mötəbər tədbirə ev sahibliyində Azərbaycana uğurlar arzulayıb.

Uşaqlara qarşı və gender əsaslı zorakılıqla mübarizə istiqamətində görülən və görüləcək işlərdən danışan S.Abdullah preventiv tədbirlər, inklüziv təhsil ilə bağlı fikirlərini bölüşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
azertag.az

1Sources