![“Gənc](https://azertag.az/files/2024/2/1200x630/17180880442485230953_1200x630.jpg)
Bakı, 11 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında 4 medal qazanıblar.
BDU-dan AZƏRTAC-a bildirilib ki, liseyin V sinif şagirdləri Həsən Süleymanov qızıl, Şahmar Əsədov gümüş, Ruqiyyə Sadiqli və Murad İmanov bürünc medala layiq görülüblər.
Xatırladaq ki, Lütfi Zadə riyaziyyat-məntiq olimpiadası V sinif şagirdləri arasında təşkil olunur. Olimpiadanın keçirilməsində məqsəd məktəblilərdə riyaziyyat və məntiqə olan marağın artırılması və istedadlı şagirdlərin erkən yaşlarda müəyyən edilməsidir.