EN

“AQUPDK əlaqələndirmə və monitorinq işini davam etdirir” - Bahar Muradova

“Bugünkü işçi qrupunun iclasında Azərbaycan Respublikası Prezident Adminstrasiyası və Nazirlər Kabinetinin nümayəndələri iştirak edilər. Uşaq Hüquqları Konvensiyasının həyata keçirilməsi ilə bağlı BMT Komitəsindəki müzakirədən təqdimatdan keçən müddət ərzində görülən işlər, əldə edilən nəticələr, qarşıdakı hədəflər barədə fikir mübadiləsi aparacağıq”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, ötən ilin əvvəlində Cenevrədə çox mühüm bir neçə gün yaşadıq: “Hər kəs təsdiq edə bilər ki, biz dövri hesabatın təqdimatına çox ciddi hazırlaşmışdıq. Eyni zamanda buradakı müzakirə və təqdimatın özü maraqlı və məqsədəuyğun fəaliyyətin nəticəsi olaraq ortaya qoyuldu. Ölkəmizə qayıtdıqdan sonra ictimaiyyətə təqdimatın nəticələri ilə bağlı geniş məlumat verildi.

Hazırki müzakirə artıq dördüncü görüşümüzdür. Dövlət Komitəsi öz üzərinə düşən vəzifələri, əlaqələndirmə və monitorinq işini aparmağa davam edir. Bu müddət ərzində Nazirlər Kabinetinin də dəstəyi ilə iki səviyyədə işçi qrupu yaratdıq. Birincisi dövlət qurumlarının, nazirliklərinin nümayəndələrindən ibarət işçi qrupudur. Hansı ki, onlar müntəzəm olaraq biri-birilə əlaqə saxlayır, proses haqqında məlumatlandırılır. İkinci qrup isə rəhbərlərin, müavinlərin iştirakı ilə olan işçi qrupudur. Bu gün də məhz bu səviyyədə görüş keçirilir.

Keçən müddət ərzində xeyli işlər görülüb. Dövlət Komitəsi görülən işləri bir araya gətirmək və onun səviyyəsini müəyyən etmək üçün sorğular göndərir. Müvafiq qurumlar da sürətli şəkildə sorğularımızı cavablandıraraq, tövsiyyələrini veriblər. Tövsiyyələr bir neçə istiqaməti özündə əhatə edir. Bəzi istiqamətlər üzrə artıq işlər görülsə də, bəzi istiqamətlər hələ müzakirə mərhələsindədir. Bu müddət ərzində normativ aktlara dəyişikliklərlə bağlı layihələr hazırlanıb”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
sia.az

1Sources