EN

Bakıda Azərbaycan-BƏƏ Nazirlərinin Təcrübə Mübadiləsi Forumu keçirilir

Bakı, 11 iyun, AZƏRTAC

Bakıda "ASAN xidmət"in təşkilatçılığı ilə Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, forumda Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan və BƏƏ-nin müxtəlif sahələr üzrə yüksək vəzifəli rəsmiləri iştirak edirlər.

 

Chosen
103
9
azertag.az

10Sources