EN

Paşinyanın “şərab imtahanı” – Azərbaycanın B planı işə düşür?

Ermənistanda hakimiyyət əleyhinə keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə başlayan aksiyalar davam edir. Mövcud vəziyyət ölkə daxilində gərginliyi artırır. Maraqlıdır, proseslər hakimiyyət dəyişikliyinə doğru gedir? Bakı bu plana hazırdırmı? Ermənistanda iqtidar dəyişsə, proseslər hansı məcrada gedəcək?Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, Ermənistandakı aksiyalara əhalinin böyük hissəsi qoşulmur:“Aksiyaları şərab festivalı ilə eyni günə salmaq istəyirlər. Bununla da aksiyalarda iştirak edənlərin sayının çox olduğunu göstərməyə çalışırlar. Etirazlar uzun müddət davam edə bilər, lakin indiki halda hökumət çevrilişi baş tutmayacaq. Cəmiyyətin böyük əksəriyyəti başa düşür ki, Baqratın başlatdığı aksiyaların təməl bazası sosial formanı əhatə etmir”.Politoloqun sözlərinə görə, erməni xalqı Nikol Paşinyana daha çox etimad edir:“Hakimiyyət dəyişikliyi baş verərsə, Ermənistan daxilində böyük problemlər yaranacaq. Paşinyan hökuməti Azərbaycan üçün daha məqbul variantdır. Bundan əlavə, Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, mövcud vəziyyətə görə rəsmi Bakı B,C və s. planlarını hazırlayıb. Əvvəlcə, A variantı – Nikol Paşinyanla danışıqların aparılması daha məqsədəuyğundur”.Safura Bənnayeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
dosye.org

1Sources