EN

İşlədikləri şirkətdən oğurluq edən şəxslər saxlanıldılar

Hacıqabul şəhərinin ərazisində "Hacıqabul Quşçuluq Şirkəti" MMC-yə məxsus 2380 manat dəyərində dərman həbləri oğurlanıb.
Oxu.Az xəbər verir ki, hadisəni törətmiş şəxslərin oranın işçiləri olduğu müəyyənləşib.
Şirvan şəhər sakinləri 1999-cu il təvəllüdlü Məhəmməd Abbasov və 2004-cü il təvəllüdlü Məhəmməd Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
99
2
oxu.az

4Sources