“Apple” bazar ertəsi tərtibatçılar konfransında çoxdan gözlənilən süni intellekt strategiyasını açıqladı.

İndex.az xəbər verir ki, şirkət hazırladığı süni intellekt texnologiyasını “Siri”yə gətirməyi və “OpenAI”nin süni intellekt çatbot “ChatGPT”ni öz cihazlarına inteqrasiya etməyi planlaşdırır.

“Apple”in baş direktoru Tim Kukun da yer aldığı iki saatlıq təqdimatda “Siri”nin mesajlar, e-poçtlar, təqvim və digər proqramlarla necə əlaqə saxlayacağı göstərilib. “Siri” vəziyyətdən asılı olaraq elektron məktublar yaza və mətnin tonunu dəyişə biləcək.

Fərdiləşdirilmiş süni intellekt texnologiyasını inkişaf etdirən bu bölmə “Apple Intelligence” adlanır.

Bununla belə, investorların “Microsoft”un lider olduğu süni intellekt texnologiyasında “Apple”dən daha möhkəm addımlar atacağına dair gözləntiləri “Apple” səhmlərinin 2% ucuzlaşmasına səbəb olub.