EN

Füzulidə iki nəfərin öldüyü dəhşətli qəza ilə bağlı hökm çıxarıldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Məşədi Aşurovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın etdiyi məlumata görə, hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: Hadisə 13 avqust 2023-cü il tarixdə, saat 19 radələrində Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Məşədi Aşurovun idarə etdiyi “Mercedes Benz” markalı, 90-XM-210 dövlət qeydiyyat nişanlı avtomobillə sərt döngədə idarəetməni itirib. Nəticədə əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn Salyan şəhər sakini, 1985-ci il təvəllüdlü Rəşad Rəşid oğlu Nəzərovun idarə etdiyi “VAZ-2106” markalı, 07-BG-127 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində “VAZ”da olan sərnişin Yaşar Mirzə oğlu Əhmədov hadisə yerində, sürücü Rəşad Nəzərov isə yerləşdirildiyi tibb müəssisəsində vəfat ediblər.

 

Hadisədən sonra Məşədi Aşurov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Tarix: 11 İyun 2024, 09:42   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
102
pravda.az

1Sources